...

Azərbaycanda oğrulara qarşı daha sərt cəzalar tətbiq olunacaq

Cəmiyyət Materials 4 May 2016 18:57 (UTC +04:00)
Azərbaycanda oğurluq edənlərə qarşı cəzalar sərtlərşdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Azərbaycanda oğrulara qarşı daha sərt cəzalar tətbiq olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda oğurluq edənlərə qarşı cəzalar sərtlərşdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 177.1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə hazırda yüz manatdan yeddi yüz manatadək nəzərdə tutulan cərimənin beş yüz manatdan min manatadək məbləğdə müəyyən edilməsi təklif edilir.

Kredit borcunu ödəməkdən yayınanlar daha sərt cəzalandırılacaq

Kredit borcunu ödəməkdən yayınanlar daha sərt cəzalandırılacaq

Qeyd edək ki, həmin maddədə həmçinin oğurluğa görə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti