...

Qazaxda 1 tondan artıq mənşəyi məlum olmayan ət satılarkən saxlanılıb (FOTO)

Cəmiyyət Materials 5 May 2016 11:51 (UTC +04:00)
Qazax rayon sakini 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.
Qazaxda 1 tondan artıq mənşəyi məlum olmayan ət satılarkən saxlanılıb (FOTO)

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Trend-ə verilən məlumata görə, İdarəyə Qazax rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Ayaz Əliyev 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Qazax və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti