...

IDEA və Təhsil Nazirliyi gənc məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir (FOTO)

Cəmiyyət Materials 5 May 2016 16:51 (UTC +04:00)
IDEA İctimai Birliyi ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin məktəblərdə ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi məqsədilə başladığı “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı davam edir.
IDEA və Təhsil Nazirliyi gənc məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin məktəblərdə ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi məqsədilə başladığı "Ətraf mühiti birgə qoruyaq" mövzusunda ekoloji tədris proqramı davam edir.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, proqramın aprel ayı təlimləri "Bioetika, bionika və biotexnologiya" mövzusuna həsr olunub. Aprel ayında baş tutan təlimlər Bakı şəhəri, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, Elitar gimnaziya və Ağabəy Novruzbəyli adına 46 nömrəli orta məktəbin eko-klubunda təşkil edilib.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin nəzəri hissəsində şagirdlərə bioetikanın əsas prinsipləri, ətraf mühitə, xüsusilə də heyvanlara qarşı düzgün davranış qaydaları, klonlaşdırma, hibridləşmə, Geni Modifikasiya Olunmuş Orqanizmlər (GMO) və antibiotiklərlə bağlı geniş məlumat verilib. Praktiki iş zamanı isə məktəblilər bu ayın mövzusuna uyğun olaraq interaktiv çalışma və təcrübələr, qrup şəklində iş, krossvord və testlərin həlli, o cümlədən viktorinalara cəlb olunublar.

Ümumiyyətlə isə 2016-cı il ərzində "Ətraf mühiti birgə qoruyaq" proqramı çərçivəsində Bakı şəhəri üzrə digər pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvləri üçün də ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlərin təşkil edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti