...

İnam Kərimov: "ASAN Kommunal" mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək

Cəmiyyət Materials 5 May 2016 17:04 (UTC +04:00)
"ASAN Kommunal" mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək.
İnam Kərimov: "ASAN Kommunal" mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək

Bakı. Trend:

"ASAN Kommunal" mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

Dövlət Agentliyinin sədri deyib ki, çox qısa müddət ərzində "ASAN Kommunal"ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar "ASAN xidmət"ə paralel mərkəzlər olacaq. Hazırda "ASAN xidmət" mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir, amma "ASAN Kommunal" mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. "ASAN Kommunal" mərkəzlərinin ayrı, "ASAN xidmət" mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq.

İ.Kərimov bildirib ki, "ASAN Kommunal" mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək. Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək. "ASAN Kommunal" mərkəzlərində bu üç qurumun göstərdiyi xidmətlərdən başqa digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır. "ASAN Kommunal" mərkəzlərində xidmət "ASAN xidmət"in prinsipləri əsasında həyata keçiriləcək. Bu mərkəzlərdə vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək. Mərkəzləşdirilmiş növbə sistemi olacaq. Fiziki və hüquqi şəxslərin rahatlığı, mərkəzləşdirilmiş növbə sistemi, göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkili, vətəndaşların telefon və ya internet müraciətlərinin "Çağrı xidməti" vasitəsilə qəbulu və cavablandırılması əsas fəaliyyət istiqamətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti