...

Məktəblilər Dövlət Gömrük Komitəsinin Akademiyasında (FOTO)

Cəmiyyət Materials 5 May 2016 19:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə ziyalı və məktəblilərdən ibarət bir qrup Komitənin Akademiyasına və Heydər Əliyev Muzeyinə səfər edib.
Məktəblilər Dövlət Gömrük Komitəsinin Akademiyasında (FOTO)

Bqakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə ziyalı və məktəblilərdən ibarət bir qrup Komitənin Akademiyasına və Heydər Əliyev Muzeyinə səfər edib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirdə Nardaran qəsəbəsi 295, 130, Maştağa qəsəbəsi 225, 293 və 128 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivinin nümayəndələri, Bilik Fondunun və Nardaran Bilik Evinin əməkdaşları iştirak ediblər.

Qonaqları salamlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Nizami Quliyev gömrük işi sahəsində aparılan elmi tədqiqatların uğurlarından danışaraq bildirib ki, gömrük xidmətinin formalaşması və inkişafı müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.

Bilik Fondunun baş mütəxəssisi Vidadi Rzayev Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açıb.

Sonra Ulu öndərin həyat yoluna dair film nümayış edilib.

Akademiyanın tələbələri və müdavimləri çıxış edərək bildiriblər ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi bu gün Azərbaycan Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı və beynəlxalq ticarətin sürətləndirilməsində önəmli rol oynayır.

Akademiya və Heydər Əliyev Muzeyi ilə tanışlıqdan məmnun qalan Nardaran və Maştağa məktəbliləri belə ekskursiyaların tez-tez təşkil olunmasını arzuladıqlarını dilə gətiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti