...

"Azərsun Holdinq" Milli Kulinariya Mərkəzini 25 illiyi münasibətilə təbrik etdi (FOTO)

Cəmiyyət Materials 5 May 2016 20:22 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Kulinariya Mərkəzinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Azərsun Holdinq" Milli Kulinariya Mərkəzini 25 illiyi münasibətilə təbrik etdi (FOTO)

Bakı. Trend:

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Kulinariya Mərkəzinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Adıçəkilən Mərkəz ölkəmizin və Azərbaycan mətbəxinin təamlarının bütün dünyada tanıdılması üçün müstəsna xidmətlər göstərib. Bu illər ərzində müxtəlif beynəlxalq festivallara qatılan azərbaycanlı kulinarlar dəfələrlə qaliblər sırasında yer alıblar. Hər zaman kulinarlarımızın yanında olan "Azərsun Holdinq" keyfiyyətli məhsulları ilə bu uğurların əldə olunmasında pay sahibi olaraq bu işdən şərəf duyur. Mütəmadi olaraq keçirilən yarışlarda "Azərsun Holdinq" tərəfindən istehsal olunan müxtəlif yağ və digər məhsullardan hazırlanmış yemək və şirniyyatlar beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən ən yüksək xallarla qiymətləndirilir.

Şirkətlər Qrupu tərəfindən istehsal olunan "Super Sun" markası bu dəfə də kulinarlarımıza öz dəstəyini göstərərək qeyd olunan tədbirdə onları təbrik edib, müxtəlif hədiyyələrlə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti