...

YAP Gənclər Birliyinin üzvləri "Güllələnmiş heykəllər"i ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 5 May 2016 20:25 (UTC +04:00)
Gənclərə 24 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Şuşada törədilmiş vəhşilikləri və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş məlumat verilib.
YAP Gənclər Birliyinin üzvləri "Güllələnmiş heykəllər"i ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup gənci Şuşanın işğalı günü ilə əlaqədar olaraq, Milli İncəsənət Muzeyinin bağında yerləşdirilmiş "Güllələnmiş heykəllər" kimi tanınan, Şuşada vandalizmə məruz qalmış Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın abidələrini ziyarət ediblər.

Gənclərə 24 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Şuşada törədilmiş vəhşilikləri və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində, onun şəxsən müdaxiləsindən sonra bu heykəllərin işğalçılardan geri alınmasına nail olunmuş və onları paytaxta gətirilməsini heyata keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti