...

Naz Lifan Avropa Çempionatının sponsorları sırasında

Cəmiyyət Materials 6 May 2016 12:21 (UTC +04:00)
Fəaliyyəti zamanı Azərbaycanda təşkil olunan bütün beynəlxalq idman tədbirlərinə dəstək verməyə çalışan NAZ Lifan daha bir beynəlxalq idman tədbirinə öz töhfəsini verməkdədir.
Naz Lifan Avropa Çempionatının sponsorları sırasında

Bakı. Trend:

Fəaliyyəti zamanı Azərbaycanda təşkil olunan bütün beynəlxalq idman tədbirlərinə dəstək verməyə çalışan NAZ Lifan daha bir beynəlxalq idman tədbirinə öz töhfəsini verməkdədir.

Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq Futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatına (UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016) sponsorluq edən şirkətlərdən biri də NAZ Lifandır. Qeyd edək ki, ölkəmizdə baş tutacaq Futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı sayca 15-ci olacaq.

UEFA U-17 Avropa çempionatının oyunları Bakı şəhərində yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsində yerləşən "Qarabağ stadionu" yalnız qrup oyunları zamanı istifadə olunacaq. Burada 6 oyun keçiriləcək. 8-ci km stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Dalğa Arenada 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq.

Çempionatın rəsmi nəqliyyat tərəfdaşı olaraq NAZ-Lifan tərəfindən 60 ədəd avtomobil idmançılar və yarış iştirakçılarının istifadəsinə veriləcək. İdman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələri ilə təminat məqsədi ilə fasiləsiz servis xidməti də təşkil edilib. Günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü Qaynar Xəttə müraciət edə bilər. Dərhal həmin ünvana yollanacaq çinli və yerli mütəxəssislərdən ibarət peşəkar mobil briqada problemi yerindəcə həll etmək gücünə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti