...

Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anılıb

Cəmiyyət Materials 6 May 2016 12:44 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xalqımızın Ümummilli lideri görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93 ildönümünə həsr edilmiş tədbir keçirilib.
Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anılıb

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xalqımızın Ümummilli lideri görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93 ildönümünə həsr edilmiş tədbir keçirilib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirlib ki, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında Ulu öndərin büstü önünə əklil və gül dəstələri qoymuş, Ümummilli liderin nurlu xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbirdə məruzə ilə çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan tarıxindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat vermişdir.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə həsr etmiş Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır.

Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən yüksək keyfiyyətlərinin təcəssümüdür.

Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi ilə vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız həm də müstəqil dövlətdə yaşamaq və özünüidarə etmək haqqını qorumağı bacarmışdır.

Ulu öndərin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində, eləcə də ordu quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətlərini vurğulayan hərbi prokuror, bugünkü möhtəşəm uğurlarımızın təməlində Heydər Əliyev ideyalarının durduğunu bildirmiş, dahi rəhbərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrilmişdir.

Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, iqtisadi müstəqilliyə nail olunmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Ədliyyə general-leytenantı X.Vəliyev daha sonra qeyd etmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdirdiyini vurğulayan hərbi prokuror bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir. Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Ümummilli lider, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəkdir.

Mərasim Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti