...

Məleykə Abbaszadə: Bu il qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq

Cəmiyyət Materials 10 May 2016 10:36 (UTC +04:00)
Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib.
Məleykə Abbaszadə: Bu il qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq

Bakı. İlhamə İsabalayeva-Trend:

Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib".

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib: "Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq".

M. Abbaszadə əlavə edib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir: "İxtisasların müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti