...

Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar gül əkmə tədbirlərinə "BSC Consulting & Outsourcing" şirkəti də qoşulub (FOTO)

Cəmiyyət Materials 10 May 2016 18:22 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən gül əkmə tədbirlərinə “BSC Consulting & Outsourcing" şirkəti də qoşulub.
Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar gül əkmə tədbirlərinə "BSC Consulting & Outsourcing" şirkəti də qoşulub (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən gül əkmə tədbirlərinə "BSC Consulting & Outsourcing" şirkəti də qoşulub.

Şirkət əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada şirkətin həyətyanı sahəsində abadlıq işləri aparıldı, çiçəklər əkildi.

Daha sonra tədbir şirkətin ofisinin akt zalında davam etdirildi. Tədbiri çıxış nitqi ilə açan "BSC Consulting & Outsourcing" şirkətinin rəhbər heyəti və kollektivi Ümummilli Liderin həyat yolundan danışdı, dahi şəxsiyyətin Azərbaycan üçün həyata keçirdiyi və bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, sosial, iqtisadi layihələrdən söz açdı. Heydər Əliyevin Vətənə, xalqa, Azərbaycana bağlılığından, xalq üçün, millət üçün həyata keçirdiyi işlərdən danışan əməkdaşlar onun milli iqtisadiyyatımıza, sahibkarlara olan diqqətindən də bəhs etdilər. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar, münbit iqtisadi mühit, iş adamları üçün yaradılmış şəraitin bir çox yerli şirkət və müəssisələrin yaranması üçün zəmin formalaşdırdığını qeyd etdilər.

Tədbir Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında filmin nümayişi ilə başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti