...

Ödəniş terminallarında nəqliyyat kartlarının yüklənməsi ilə bağlı problem nə vaxt aradan qalxacaq?

Cəmiyyət Materials 12 May 2016 18:22 (UTC +04:00)
MilliÖn ödəniş terminallarında ictimai nəqliyyatda gediş haqqı üçün kartların (BakıKart) yüklənməsində yaranan problemlər onunla əlaqədardır ki, terminalların "BakıKart" sisteminə inteqrasiyası tam başa çatmayıb.
Ödəniş terminallarında nəqliyyat kartlarının yüklənməsi ilə bağlı problem nə vaxt aradan qalxacaq?

Bakı. Hüseyn Vəliyev - Trend:

MilliÖn ödəniş terminallarında ictimai nəqliyyatda gediş haqqı üçün kartların (BakıKart) yüklənməsində yaranan problemlər onunla əlaqədardır ki, terminalların "BakıKart" sisteminə inteqrasiyası tam başa çatmayıb. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib: "Belə problemlərin aradan qaldırılması üçün bütün zəruri tədbirləri görürük".

"Komtec" şirkətindən isə Trend-ə deyiblər ki, şirkət hazırda həmin problemlərin aradan qaldırılması üçün iş aparır: "Şirkətdə yaradılmış xüsusi qrup terminallarımızın "BakıKart" sisteminə inteqrasiya layihəsi ilə məşğul olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti