...

Batut gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci yarış günü start götürüb (FOTO)

Cəmiyyət Materials 13 May 2016 16:31 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci yarış günü start götürüb.
Batut gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci yarış günü start götürüb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci yarış günü start götürüb.

Bu gün böyük (1999-cu il təvəllüdlü və daha böyük), yeniyetmə (2003-2006-cı il təvəllüdlü) və kiçik (2008-2009-cu il təvəllüdlü) yaş kateqoriyasında batutçuların yarışı keçiriləcək.

Ölkədə ikinci dəfə təşkil olunacaq batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edəcək. Kişi batutçular dörd (böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr - 2003-2006; uşaqlar - 2006-2007-ci il təvəllüdlü; kiçiklər - 2008-2010), qadın gimnastlar isə 3 yaş kateqoriyasında (böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr - 2003-2006; kiçiklər - 2008-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti