...

Argentinanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

Cəmiyyət Materials 13 May 2016 15:53 (UTC +04:00)
Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində olub.
Argentinanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

Bakı. Trend:

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə,

Mayın 13-də Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan Adolf Bio Kasaresin "Morelin ixtirası" əsərinin orijinaldan Azərbaycan dilinə tərcüməsi və nəşri üzrə yekun işlər müzakirə olunub.

Kitab artıq çap prosesindədir, yaxın günlərdə işıq üzü görəcək.

"Azərbaycanda Argentina ədəbiyyatına həmişə böyük sevgi və maraq olub. Bu sevgini Azərbaycan oxucusunda böyük Argentina ədibləri - X.L.Borxes, X.Kortasar və E.Sabato kimi qələm sahibləri oyadıb. Düşünürəm, Azərbaycanda ilk dəfə nəşr olunan Kasares də Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacaq", - deyə Mərkəzin direktoru xanım Afaq Məsud bildirib.

Öz növbəsində, nəşrin Azərbaycan-Argentina mədəni əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcəyini qeyd edən səfir belə layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti