...

Bilik Fondu gənclərə vətənpərvərlik ruhu aşılayır (FOTO)

Cəmiyyət Materials 13 May 2016 17:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq gənclərə hərbi-vətənpərvərlik ruhunun aşılanması üçün maarifləndirici tədbirlər, dəyirmi masalar, ekskursiyalar təşkil edir.
Bilik Fondu gənclərə vətənpərvərlik ruhu aşılayır (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq gənclərə hərbi-vətənpərvərlik ruhunun aşılanması üçün maarifləndirici tədbirlər, dəyirmi masalar, ekskursiyalar təşkil edir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondu və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə II Fəxri xiyabanda şəhid pilotların anım mərasimi keçirilib.

Mərasimdə Fondunun aparat rəhbəri İsaxan Vəliyev, aparıcı məsləhətçi Ramilə Qurbanlı, Milli Aviasiya Akademiyasının, Müdafiyə Nazirliyinin müvafiq strukturlarının nümayəndələri, kursantlar, tələbələr və Fondun Könüllülər Birliyinin üzvləri iştirak ediblər. Tədbir iştirakçıları II Fəxri xiyabanda mayorlar Təbriz Mustafazadə, Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun məzarlarına çiçək dəstələri düzüblər.

Pilotlar 2-4 aprel tarixlərində Erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq düşmən hücumunu dəf edərkən şəhid olublar.

Bu məqsədlə Bilik Fondu vaxtaşırı tələbələrin və məktəblilərin Hərb Tarixi Muzeyinə ekskursiyalarını təşkil edir. Bu tədbirlər həm yeniyetmə və tələbələrin hərb tariximizi əyani surətdə öyrənmələrinə şərait yaradır, həm də onlarda vətənpərvərlik duyğularının cilalanmasına zəmin yaradır.

Bu dəfə Fond Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin X və XI sinif şagirdlərini hərb tariximizlə yaxından tanış edib. Muzeyin hərb tariximizin ayrı-ayrı dövrlərini özündə etiva edən geniş zallarında Səfəvi dövlətindən tutmuş bu günə qədər hərb tariximiz əyani vasitələrlə "yazılıb".

Şagirdlər muzey bələdçiləri vasitəsi ilə Azərbaycanın dövlətçilik tarixinə öz adlarını yazmış generallarımız haqqında da müfəssəl məlumat alıblar. Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən Xanlıqlar dövrü zalında şagirdlərə Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilib.

Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnika da ziyarətçilərin ən çox maraqlandığı ekspozisiya olub. Məktəblilər Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun, Milli Qəhrəman Albert Aqarunovun idarə etdiyi tanklı da görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti