...

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının ikinci yarış gününün qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 13 May 2016 18:55 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi olub.
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının ikinci yarış gününün qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi olub.

Bu gün böyük (1999-cu il təvəllüdlü və daha böyük), yeniyetmə (2003-2006-cı il təvəllüdlü) və kiçik (2008-2009-cu il təvəllüdlü) yaş kateqoriyasında batutçuların yarışı keçirilib.

Kiçik yaş kateqoriyasında batutçuların yarışında birinci yeri 68,025 bal toplamış Polad Hasbilatov tutub. Sonrakı yerləri müvafiq olaraq Əli Niftəliyev (63,665 bal) və Ammar Baxşəliyev (65,160 bal) tutublar.

Çempionatda yeniyetmə yaş kateqoriyasında cəmi bir gimnast - Riyad Abbasov təmsil olunub. O, mütləq və sərbəst hərəkətlərin yekunu üzrə 50,180 bal toplayıb.

Böyük yaşlı batutçular arasında qızıl medalı 102,910 balla İlya Qrişunin qazanıb. Sonrakı yerləri müvafiq olaraq Oleq Piunov (102,525 bal), Dmitri Fedorovski (81,335 bal) tutublar.

Ölkədə ikinci dəfə təşkil olunan batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edəcək. Kişi batutçular dörd (böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr - 2003-2006; uşaqlar - 2006-2007-ci il təvəllüdlü; kiçiklər - 2008-2010), qadın gimnastlar isə 3 yaş kateqoriyasında (böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr - 2003-2006; kiçiklər - 2008-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti