...

Ramil Usubovdan yeni təyinatlar

Cəmiyyət Materials 14 May 2016 12:08 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlərlə daxili işlər orqanlarında kadr islahatı aparılıb.
Ramil Usubovdan yeni təyinatlar

Bakı. Trend:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlərlə daxili işlər orqanlarında kadr islahatı aparılıb.

Belə ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatına görə, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti