...

Xədicə İsmayılın kasassiya şikayətinə baxılacağı vaxt bilindi

Cəmiyyət Materials 16 May 2016 10:07 (UTC +04:00)
Həbsdə olan jurnalist Xədicə İsmayılın Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılacağı vaxt müəyyən olunub.
Xədicə İsmayılın kasassiya şikayətinə baxılacağı vaxt bilindi

Bakı. Samir Əli - Trend:

Həbsdə olan jurnalist Xədicə İsmayılın Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılacağı vaxt müəyyən olunub. Şikayətdə jurnalist azadlığa buraxılmasını istəyib. Bu barədə Trend-ə X.İsmayılın vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, kasassiya şikayətinə mayın 25-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. X.İsmayılın vəkilləri həmin qərardan kasassiya şikayəti verib və jurnalistin azadlığa buraxılmasını istəyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti