...

Bakıda akrobatika üzrə açıq birincilik start götürdü (FOTO)

Cəmiyyət Materials 18 May 2016 13:46 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş akrobatika üzrə açıq birincilik start götürüb.
Bakıda akrobatika üzrə açıq birincilik start götürdü (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakı Gimnastika Məktəbində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş akrobatika üzrə açıq birincilik start götürüb.

Birincilikdə Bakı Gimnastika Məktəbi, "Ocaq" və "Neftçi" idman klublarını, eləcə də Bakının Nizami rayonunun İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbini təmsil edən 60 gimnast iştirak edir.

Qaliblər müxtəlif yaş kateqoriyalarında balans və dinamik tapşırıqlarda cütlüklər və qrup çıxışlarında müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti