...

Azərbaycan alimləri “Büllur kompas” müsabiqəsinin qalibi oldular

Cəmiyyət Materials 20 May 2016 12:04 (UTC +04:00)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, elmi işlər üzrə direktor müavini, professor, Akademiyanın müxbir üzvü Elbrus Əlizadənin və aparıcı elmi işçi, c.ü.e.d., dosent Stara Tarixazərin “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” tədqiqat işi Rusiya Coğrafiya Cəmiyyətinin milli “Büllur kompas” müsabiqəsinin “Elmi nailiyyət” nominasiyasında qalib çıxaraq “Finalçı diplomu” ilə təltif olunmuşdur.
Azərbaycan alimləri “Büllur kompas” müsabiqəsinin qalibi oldular

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, elmi işlər üzrə direktor müavini, professor, Akademiyanın müxbir üzvü Elbrus Əlizadənin və aparıcı elmi işçi, c.ü.e.d., dosent Stara Tarixazərin "Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)" tədqiqat işi Rusiya Coğrafiya Cəmiyyətinin milli "Büllur kompas" müsabiqəsinin "Elmi nailiyyət" nominasiyasında qalib çıxaraq "Finalçı diplomu" ilə təltif olunmuşdur.

İnstitutdan Trend-ə verilən məlumata görə, eyni adlı monoqrafiya 2015-ci ildə MDU-nun "MaksPRESS" nəşriyyatı tərəfindən çap edilmışdır.

Monoqrafiya Böyük Qafqazda təhlükəli təbii və antropogen geomorfoloji proseslərin inkişafı, onların qiymətləndirilməsi və yaranan riskin idarə olunması ilə bağlı olan geniş əhatəli ekogeomorfolojı problemləri əhatə edir. Əsərdə sürüşmə, uçgun, sel və s. kimi təhlükəli geomorfolojı proseslərin mənşəyi, dinamikası, ərazi üzrə yayılması və nəticələri təhlil olunmuşdur. Ekogeomorfosistemlərə antropogen təzyiq və onun nəticəsi olaraq müasir landşaft-geomorfolojı geosistemlərin transformasiyasına xüsusi diqqət verilmişdir. Təhlükə və risklərin artdığı şəraitdə dağ geosistemlərinin dayanıqlı inkişafının müasir metod və üsurlarla tədqiqi problemi analiz edilmişdir. Təhlükə və risklərə görə tədqiq olunan ərazinin ekogeomorfolojı rayonlaşdırılması aparılmışdır.

Təltifoluma mərasimi Rusiya Federasiyasının Krasnodar şəhərində keçirilmişdir. "Büllur kompas" mükafatı Rusiya Federasiyasının coğrafiya, ekologiya, təbii tarixi irsin qorunması və təbliği sahəsində birinci mükafatdır və hər il müsabiqə əsasında verilir. Müsabiqənin qəyyumlar şurasının sədri RF-nin prezidenti V.V. Putin, prezidenti isə müdafiə naziri S.K. Şoyqudur. Azərbaycan alimləri ilk dəfədir ki, RCC-nin keçirdiyi belə mötəbər müsabiqədə iştirak edirlər.

Mükafatın keçirildiyi dövrdə Rusiyanın 80 regionundan və dünyanın 19 ölkəsindən təşkilat komitəsinə 815 layihə daxil olmuşdur. Bu il müsabiqəyə ABŞ, Belarus, Çin, Monqolustan, Litva, Serbiya, Polşa və s. kimi ölkələr daxil olmaqla 315 layihə təqdim edilmişdir. İxtisas seçimindən keçmiş 227 layihədən 33-ü final mərhələsinə buraxılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti