...

"Coca-Cola Məktəbli Kuboku" futbol turniri keçiriləcək (FOTO)

Cəmiyyət Materials 20 May 2016 16:34 (UTC +04:00)
Azərbaycanın ən güclü yeniyetmə komandaları “Coca-Cola Məktəbli Kuboku” futbol turnirinin final mərhələsində qarşılacaqlar
"Coca-Cola Məktəbli Kuboku" futbol turniri keçiriləcək (FOTO)

Bakı. Trend:

Mayın 21-də Bakıda məktəblilər arasında keçirilən ən irimiqyaslı futbol turniri olan "Coca-Cola Məktəbli Kuboku" yarışının final mərhələsinə start veriləcək.

Qeyd etmək lazımdır ki, "Coca-Cola" şirkəti, AFFA və Azərbaycanın Təhsil Nazirliyi artıq 5 ildir şagirdlər arasında "Coca-Cola Məktəbli Kuboku" futbol turnirini təşkil edirlər. VII və IX siniflər arasında keçirilən bu turnirdə hər il təxminən 200 min məktəbli iştirak edir. Ümumilikdə, 5 il ərzində yarışda iştirak edənlərin sayı 1 milyondan artıq olub ki, bu da gənclər arasında fəal və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır.

May ayının əvvəlində regional yarışlarda fərqlənmiş məktəb komandaları turnirin "play-off" mərhələsi çərçivəsində finala çıxmaq uğrunda mübarizə aparıb. Artıq yekunlaşmış bu mərhələdə Azərbaycanın mərkəzləşdirilmiş 14 regionundan 75 komanda iştirak edib. "Play-off" mərhələsində qalib gəlmiş 14 region, Bakıdan isə 2 komanda "Coca-Cola Məktəbli Kuboku" turnirinin final mərhələsinə vəsiqə qazanıb.

Təqdirəlayiqdir ki, IX siniflər arasında keçirilən "Coca-Cola Məktəbli Kuboku" 2014/2015 mövsümünün qalibi olmuş Səbail rayonunun 163 saylı məktəbinin komandası mayın 29-dan iyunun 5-dək Fransanın Lans və Lill şəhərlərində təşkil olunacaq "EURO FOOT Jeunes" məktəblilər arasında Avropa çempionatında Azərbaycanı təmsil edəcək.

"Cəmiyyətin sağlamlığına töhfə vermək "Coca-Cola" şirkətinin qlobal davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. "Coca-Cola" şirkəti hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək insanların fiziki aktivlik, idman və sağlam həyat tərzinə cəlb olunması üçün müxtəlif proqramlara dəstək verir. Bu məqsədlə həyata keçirdiyimiz proqramlardan biri də hər il 2 mindən çox məktəbi əhatə edən və 200 mindən çox məktəblini futbol yarışlarına cəlb edən "Coca-Cola Məktəbli Kuboku"dur. Bizim üçün çox xoşdur ki, may ayında Fransada keçiriləcək futbol üzrə Avropa Məktəbli Çempionatında Azərbaycanı məhz sözügedən proqramın 2014/2015 mövsümünün qalib komandası təmsil edəcək", - deyə "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

Uzun illər ərzində Olimpiya Oyunları, FİFA Dünya Çempionatı və UEFA Avropa Çempionatı kimi qlobal yarışların əsas dəstəkçisi qismində çıxış edən "Coca-Cola" şirkəti hazırda Azərbaycanda keçirilən futbol üzrə 17 yaşadək gənclər arasında Avropa Çempionatının rəsmi tərəfdaşıdır. Turnirin qrup mərhələsi çərçivəsində baş tutmuş Şotlandiya - Azərbaycan qarşılaşmasının fasiləsi zamanı Səbail rayonunun 163 saylı orta məktəbinin komandası meydana çıxıb. Məktəblilərin meydançada idman hərəkətləri və məşqi oyunu izləyənlər tərəfindən isti qarşılanaraq alqışlarla müşayiət olunub. Video görüntünü təqdim olunmuş linkdən izləmək olar: https://www.facebook.com/cocacolaschoolcup/videos/10154833105657306/

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan "Coca-Cola" şirkəti insanların fəal və sağlam həyat tərzinə cəlb olunması üçün bütün dünyada müxtəlif idman proqramları, çempionat və turnirləri dəstəkləyir. "Coca-Cola Məktəbli Kuboku" futbol turniri Azərbaycanda ildən-ilə daha çox uşağı fəal həyat tərzinə cəlb edən unikal bir məktəbli idman proqramıdır.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti