...

Azərbaycanda qan tədarükü 6 ildə 4 dəfə artıb

Cəmiyyət Materials 24 May 2016 11:35 (UTC +04:00)
Azərbaycanda son 6 ildə qan tədarükü 4 dəfə artıb.
Azərbaycanda qan tədarükü 6 ildə 4 dəfə artıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda son 6 ildə qan tədarükü 4 dəfə artıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında bu gün keçirilən Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfransda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini deyib ki, 6 il əvvəl Azərbaycanda il ərzində 7,5 ton qan tədarük edilirdi: "İndi isə bu rəqəm 30 tondan artıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti