...

20 dövlət xəstəxanası mərkəzləşdirilmiş informasiya sisteminə qoşulub

Cəmiyyət Materials 24 May 2016 11:51 (UTC +04:00)
Azərbaycanda xəstəxana və digər tibb mərkəzlərinin mərkəzləşdirilmiş informasiya sisteminə qoşulması prosesi davam edir.
20 dövlət xəstəxanası mərkəzləşdirilmiş informasiya sisteminə qoşulub

Bakı. Samir Əli - Trend:

Azərbaycanda xəstəxana və digər tibb mərkəzlərinin mərkəzləşdirilmiş informasiya sisteminə qoşulması prosesi davam edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında bu gün keçirilən Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfransda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu proses tibb müəssisələrinin işinin səmərəli qurulmasına yardım edib: "Artıq Azərbaycanda 20 dövlət xəstəxanası bu sistemə qoşulub. Bundan başqa, Azərbaycan Tibb Universitetinin tədris-cərrahiyyə korpusu, universitetin digər klinikaları da həmin sistemə qoşulub".

E.Ağayev deyib ki, artıq Azərbaycanda təcili-tibbi yardım stansiyaları da bu sistemlə işləyir. Bu da təcili yardımların çağırış yerinə tez getməsinə, vaxtında yardım etməsinə köməklik edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti