...

Bakıda seysmik riskin qiymətləndirilməsinə başlanılır (FOTO)

Cəmiyyət Materials 24 May 2016 16:46 (UTC +04:00)
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Geodezi Alman Araşdırma Mərkəzi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Bakı şəhərinmdə seysmik riskin qiymətləndirilməsinə başlayır.
Bakıda seysmik riskin qiymətləndirilməsinə başlanılır (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Geodezi Alman Araşdırma Mərkəzi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Bakı şəhərinmdə seysmik riskin qiymətləndirilməsinə başlayır.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bununla bağlı RSXM-in Monitorinq Mərkəzində Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, SOCAR, Almaniyanın Azərbaycandakı səfirliyinin və Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələri - Kristin Bismut, Stefano Perolay, Kevin Fleming və Maykl Hasın iştirakı ilə görüş keçirilib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli Bakı şəhərində seysmik riskinin öyrənilməsinin vacibliyini önə çəkərək, Geodezi Alman Araşdırma Mərkəzi ilə RSXM arasında ikitərəfli əməkdaşlıq haqqında anlaşma protokolu imzalandığını qeyd edib.

O bildirib ki, seysmik qiymətləndirmə layihəsinin iki il müddətinə davam etməsi nəzərdə tutulur. Almaniyalı qonaqlar isə Azərbaycan seysmoloqları ilə əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını qeyd ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İ.Quliyev Bakı şəhərində seysmik riskin öyrənilməsinin vacibliyini də önə çəkərək, birgə əməkdaşlığın elmi baxımdan əhəmiyyətli olacağına ümidvar olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti