...

Qobustandakı Ayazaxtarma palçıq vulkanının öyrənilməsinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 25 May 2016 14:15 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkətinin əməkdaşları Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanının geoloji və struktur quruluşunu öyrənirlər.
Qobustandakı Ayazaxtarma palçıq vulkanının öyrənilməsinə başlanılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə "Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V" şirkətinin əməkdaşları Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanının geoloji və struktur quruluşunu öyrənirlər.

İnstitutdan Trend-ə verilən məlumata görə, əməkdaşlığa dair müqavilə əsasında görülən işlər institutun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi altında həyata keçirilir.

Çöl-tədqiqat işlərində GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, adıçəkilən şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, Fransa şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, həmçinin bu ölkənin müxtəlif universitetlərindən professor, doktorant və magistrlar iştirak edir.

Tədqiqat işlərinin nəticələri birgə hazırlanacaq və elmi nəşrlərdə çap olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti