...

BMT-nin işçi qrupu Azərbaycanın cəzaçəkmə müəssisələrində monitorinq keçirib

Cəmiyyət Materials 25 May 2016 18:19 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbaşına həbslər üzrə işçi qrupu Azərbaycana səfərinin nəticələri üzrə mətbuat konfransı keçirib.
BMT-nin işçi qrupu Azərbaycanın cəzaçəkmə müəssisələrində monitorinq keçirib

Bakı. Samir Əli - Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbaşına həbslər üzrə işçi qrupu Azərbaycana səfərinin nəticələri üzrə mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, qrup azadlıqdan məhrum etmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün ölkəyə ilk dəfə rəsmi səfər edib.

Tədbirdə çıxış edən işçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi bildirib ki, 10 gün davam edən səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər 25 saxlanma yeri və cəzaçəkmə müəssisəsinə baş çəkiblər, həbsdə saxlanılan şəxslərlə söhbət aparıblar. Habelə BMT rəsmiləri Bakı, Gəncə və Naxçıvan şəhərlərində vətəndaş cəmiyyətinin nümayəndələri və digər maraqlı tərəflərlə görüş keçiriblər.

O, işçi qrupunun Azərbaycana səfərə dəvət olunması təşəbbüsünü alqışlayıb: "Belə bir təqdirəlayiq yolda hökuməti və Azərbaycan xalqını müşayiət etmək şərəfli və sədaqətli bir vəzifədir və biz missiya zamanı başladılan dialoqu davam etdirəcəyik".

İşçi qrupu Azərbaycana səfərinin nəticələrinə dair yekun hesabatını sentyabrda BMT İnsan Hüquqları Şurasına təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti