...

YUNESKO-nun baş katibi Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

Cəmiyyət Materials 25 May 2016 18:40 (UTC +04:00)
YUNESKO-nun baş katibi İrina Bokova jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır.
YUNESKO-nun baş katibi Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

Bakı. Anaxanım Hidayətova - Trend:

YUNESKO-nun baş katibi İrina Bokova jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır.

Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti