...

ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

Cəmiyyət Materials 26 May 2016 01:56 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar
ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı deyib.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti