...

Gürcüstan səfiri Trend BİA-nı mükafatlandırıb

Cəmiyyət Materials 27 May 2016 12:39 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Trend BİA-nı Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə mükafatlandırıb.
Gürcüstan səfiri Trend BİA-nı mükafatlandırıb

Bakı. Yelena Kosolapova - Trend:

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Trend BİA-nı Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə mükafatlandırıb.

T.Şaraşenidze Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qəbulda Trend BİA-nın Rus xəbərlər xidmətinin rəhbəri Elmira Tariverdiyevanı Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə görə fərmanla mükafatlandırıb.

Diplomatın sözlərinə görə, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, həm də Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov qəbulda çıxış edərək Müstəqillik Günü münasibətilə gürcü xalqını təbrik edib.

Onun sözlərinə görə, Gürcüstan tarix boyu Azərbaycanın simasında etibarlı dosta malik olub.

Ə.Əhmədov bütün Cənubi Qafqaz regionunda mədəni və siyasi prosesin inkişafında Gürcüstanın rolunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti