...

28 May - Respublika Günü Avstraliyada təntənəli şəkildə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 27 May 2016 09:04 (UTC +04:00)
Azərbaycanın milli bayramı 28 May - Respublika Günü Avstraliyanın Pert şəhərində təntənəli şəkildə qeyd edilib.
28 May - Respublika Günü Avstraliyada təntənəli şəkildə qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli bayramı 28 May - Respublika Günü Avstraliyanın Pert şəhərində təntənəli şəkildə qeyd edilib.

Trend-in məlumatına görə, Pert şəhərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Respublika Günü ilə əlaqədar təntənəli ziyafət təşkil edilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonara Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Con Hammond tədbirə gələn qonaqları salamlayıb və Azərbaycan haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən A.Mollazadə 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranmasından danışıb və bildirib ki, bu, Azərbaycanın şanlı tarixində böyük mərhələnin əsasını qoyub. O, Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında ətraflı məlumat verib, Azərbaycanın multikulturalizm ənənəlirndən danışıb.

Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, parlament deputatı Lyuk Simpkins çıxış edərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli prinsiplərlə həll olunmalıdır.

Milli Məclisin deputatı X.Fətiyev, Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində yeni dövrün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə başladığını qeyd edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı, həmçinin ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın inkişafı yolunda gördükləri işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən layihələr, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi haqqında məlumatlar verilib.

Mərasim zamanı Azərbaycan haqqında sənədli film nümaiş olunub, iştirakçılara Azərbaycan həqiqətlərini əks etdirən kitablar paylanılıb.

Tədbirdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, azərbaycan, türk, yahudi icmalari təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti