...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni təyinat

Cəmiyyət Materials 27 May 2016 11:30 (UTC +04:00)
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni təyinat

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilib.

Trend-in əldə etdiyi məlumata görə, Agentliyə direktor müavini Bayramova Nigar Yusif qızı təyin edilib.

O, 1980-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə "PAŞA Sığorta" ASC-də baş mühasib vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə - mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti