...

Rasim Əliyevin ölümündə təqsirli bilinənlərin apelyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 27 May 2016 13:44 (UTC +04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək mühakimə olunmuş şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Rasim Əliyevin ölümündə təqsirli bilinənlərin apelyasiya şikayətinə baxılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək mühakimə olunmuş şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Vəkil Fariz Namazlı vəsatət verərək, apelyasiya şikayətinin baxılmasına xitam verilməsini və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib və şikayət üzrə məhkəmə baxışı iyunun 10-a təyin edilib.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rasim Əliyev xəstəxanada vəfat edib.

Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti