...

Bilik Fondu BDU VƏ ADPU tələbələri arasında bilik yarışı keçirib (FOTO)

Cəmiyyət Materials 27 May 2016 13:53 (UTC +04:00)
Bilik Fondu BDU VƏ ADPU tələbələri arasında bilik yarışı keçirib.
Bilik Fondu BDU VƏ ADPU tələbələri arasında bilik yarışı keçirib (FOTO)

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qafqaz Albaniyasının İntibahı" və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qafqaz Albaniyasını öyrənirik" layihələri çərçivəsində "Qarabağ tarixi haqqında nə bilirik: Qafqaz Albaniyası dövrü" mövzusunda Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixçi tələbələrinin bilik müsabiqəsi keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan icraçı direktor Oktay Səmədov Bilik Fondunun layihələr çərçivəsində həyata keçirilən elmi turlar, dəyirmi masalar, mühazirələr haqqında iştirakçılara məlumat verib.

Tələbələrin həyəcanla gözlədikləri müsabiqədə 20 dəqiqə ərzində komandalar 20 sual cavablandırıblar. Düzgün cavabların sayı baxımından hər iki komanda eyni nəticə göstərib.

Bilik müsabiqəsinin nəticələrini tədbirdə iştirak edən tarixçi alimlər - tarix üzrə fəlsəfə doktorları: Təvəkkül Əliyev, Qoşqar Qoşqarlı, Mübariz Xəlilov, Naibə Əhmədova, Mehman Abdulllayev qiymətləndiriblər, iştirakçılar tələbələrə öz tövsiyələrini veriblər.

Tədbirdə nümayiş olunan "Qafqaz Albaniyası - gecikmiş həqiqətlər" sənədli filmi də iştirakçıların marağına səbəb olub.

Sonda hər iki komandaya Bilik Fondunun Fəxri Fərmanları, iştirakçılara təşəkkürnamələr və hədiyyələr təqdim edilib.

Tədbirdə iştirak edən tələbələr Bilik Fondunun Könüllülər Birliyinin sıralarına daxil olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti