...

Bakı Şəhər Halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri

Cəmiyyət Materials 27 May 2016 14:24 (UTC +04:00)
Bakı Şəhər Halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri açıqlanıb.
Bakı Şəhər Halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri

Bakı. Trend:

Bakı Şəhər Halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, nümünələr aşağıdakı kimidir:

1 - İçərişəhər
2 - Azadlıq meydanı və yaxınlığında yerləşən digər ərazilər
3 - BMT-nin 50 illiyi küçəsi

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən iyunun 21-i səhər saat 06:00-dək bağlı olacaq.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan səhər 06:00-dək icazə veriləcək.

3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər.

1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Azadlıq prospekti tərəfdən olacaq.

Qeyd edək ki, 17-19 iyun tarixlərində Bakıda Formula 1 Avropa Qran Prisi yarışları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti