...

Vüsal Quliyev: Debat proqramı gənclərimizin sağlam vətəndaş kimi formalaşmasında ciddi alətdir

Cəmiyyət Materials 27 May 2016 16:19 (UTC +04:00)
Bu gün “Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsinin bağlanış və mükafatlandırma mərasimi yekunlaşıb.
Vüsal Quliyev: Debat proqramı gənclərimizin sağlam vətəndaş kimi formalaşmasında ciddi alətdir

Bakı. Trend:

Bu gün "Respublika Gənclər Debat Forumu 2016: Yaz" layihəsinin bağlanış və mükafatlandırma mərasimi yekunlaşıb.

Tədbirdə Azərbaycan Prezidenti Administirasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edib.

O bildirib ki, ölkədə çox uğurlu gənclər siyasəti həyata keçirilir və burada gənclər təşkilatlarının rolu danılmazdır: "Gənclər təşkilatları hər zaman innovativ təşəbbüslərlə çıxış edərək, həm paytaxt Bakıda, həm də regionlarda gənclərimizin şəxsi inkişafına yönəlik tədbirlər həyata keçirirlər. Debat forumlarının keçirilməsi də bu qəbil təşəbbüslərdəndir. Debat proqramı gənclərimizin natiqlik bacarıqlarının inkişaf etdirilməsində, onların ictimai fəallığının artırılmasında, sağlam vətəndaş kimi formalaşmasında ciddi alətdir. Bu baxımdan biz belə yarışların və forumların keçirilməsini dəstəkləyirik".

Digər rəsmilərin çıxışlarından sonra forumun qalib və ən yaxşı natiqlərinin mükafatlandırlma mərasimi keçirilib, eləcə də multikulturalizm ideyalarının gənclər arasında təbliğatının aparılmasında fəaliyyətinə görə Lənkəran, Mingəçevir, Şəki, Gəncə, İsmayıllı Regional Debat mərkəzləri xüsusi diplomla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti