...

Bakıda temperatur 32 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 28 May 2016 12:10 (UTC +04:00)
Bakıda temperatur 32 dərəcəyə yüksələcək.
Bakıda temperatur 32 dərəcəyə yüksələcək

Bakı. Trend:

Bakıda temperatur 32 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şərq küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Mayın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti