...

Oğuzda bağçaya hücum edən ayı quduz deyilmiş

Cəmiyyət Materials 28 May 2016 14:00 (UTC +04:00)
Oğuz rayonunda uşaq bağçasına hücum edərkən zərərsizləşdirilən ayıda quduzluqla bağlı ilkin müayinənin nəticəsi məlum olub.
Oğuzda bağçaya hücum edən ayı quduz deyilmiş

Bakı. Samir Əli - Trend:

Oğuz rayonunda uşaq bağçasına hücum edərkən zərərsizləşdirilən ayıda quduzluqla bağlı ilkin müayinənin nəticəsi məlum olub.

Bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Qurum rəsmisi bildirib ki, ilkin müayinə nəticəsində ayıda quduzluq aşkar edilməyib: "İlkin müayinə zamanı ayıda quduzluq xəstəliyinin əlamətləri müəyyən edilməyib. Amma bu hələ müayinələrin bitməsi demək deyil. Hazırda bakterioloji sınaqlar davam etdirilir. Bu müayinə 21 gündən sonra yekunlaşacaq. Bu sınaqlar yekunlaşandan sonra quduzluğun olub-olmaması tam dəqiq bilinəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti