...

Səhiyyə naziri Xızıdakı yol qəzasında yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzənə gedib

Cəmiyyət Materials 30 May 2016 11:34 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gedib.
Səhiyyə naziri Xızıdakı yol qəzasında yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzənə gedib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gedib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfər müalicə edilir. Onların bu gün ərzində Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına köçürüləcəyi gözlənilir.

Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına isə qəza nəticəsində yaralanmış 8 nəfər daxil olub. Onların 2-i evə buraxılıb, 1 nəfər dünyasını dəyişib. Hazırda 5 nəfər xəstəxanada müalicə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti