...

Güclü külək, yağış və dolu Gəncədə fəsadlar törədib - FOTO

Cəmiyyət Materials 30 May 2016 16:30 (UTC +04:00)
Güclü külək və yağış Gəncə şəhərində fəsadlar törədib.
Güclü külək, yağış və dolu Gəncədə fəsadlar törədib - FOTO

Bakı. Trend:

Güclü külək və yağış Gəncə şəhərində fəsadlar törədib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, güclü yağış Gəncənin Zülfi Hacıyev küçəsini sel sularına qərq edib, avtomobillərin və piyadaların hərəkətində çətinliklərə səbəb olub. Bəzi evlərə ziyan dəyib.

Təbii fəlakət şəhərin Rüzgar Qasımov küçəsində isə ağacı evin üzərinə aşırıb. Çinar ağacının ziyan vurduğu evdə yaşayış olmadığından xəsarət alan olmayıb.

Mayın 29-u axşam saatlarında müşahidə edilən güclü külək şəhərin bəzi ərazilərinin elektrik enerjisi ilə təminatında da fasilələr yaradıb.

Dünən Gəncəyə yağan güclü yağış və dolu şəhərin Gülüstan yaşayış massivində yaşayan sakinlər üçün də ciddi problemlər yaradıb. Güclü küləyin əsməsi nəticəsində işıq naqilləri qırılıb və əhali təxminən 3 saat işıqsız qalıb.

Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti