...

Azərbaycanda korlaşmanın qarşısını almaq üçün yeni təklif

Cəmiyyət Materials 11 İyun 2016 09:24 (UTC +04:00)
Azərbaycanda korlaşmanın qarşısını almaq üçün yeni təklif irəli sürülür.
Azərbaycanda korlaşmanın qarşısını almaq üçün yeni təklif

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda korlaşmanın qarşısını almaq üçün yeni təklif irəli sürülür.

Təkliflə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bu gün göz xəstəliklərinin qarşısını almaq üçün gözün buynuzlu qişasının köçürülməsi çox zəruri əməliyyatlardan biridir: "Azərbaycanda ildə bəlkə də minlərlə insan bu əməliyyatın keçirilməməsi səbəbindən kor olur. Bizim göz xəstəlikləri institutunda hər cür şərait var, yaxşı kadrlar var, amma buynuzlu qişa vəfat etmiş insandan götürüldüyünə görə, bu işdə donorluq etmək olmur".

M.Quliyev hesab edir ki, buynuzlu qişa ya Azərbaycanda vəfat etmiş insanlardan götürülməlidir, ya da İranda buynuzlu qişa bankı var və oradan alınmalıdır. Bankdan buynuzlu qişa xaricilərə də satılır. Özü də bahalı deyil. Qanunvericilikdə, gömrük prosedurlarında müəyyən dəyişikliklər olmalıdır ki, buynuzlu qişanı Azərbaycana gətirmək mümkün olsun. Bu yolla minlərlə insana dünya işığını bəxş etmək olar. Bu aktual bir məsələdir və hesab edirəm ki, bu məsələni gündəmə gətirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti