...

XİN: "ASAN Viza" turistlərin təşviqi baxımından xüsusi əhəmiyyətə malikdir

Cəmiyyət Materials 2 İyun 2016 16:33 (UTC +04:00)
“ASAN Viza” ölkəmizə turist axınının təşviq edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
XİN: "ASAN Viza" turistlərin təşviqi baxımından xüsusi əhəmiyyətə malikdir

Bakı. Trend:

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında Azərbaycan Prezidentinin 1 iyun 2016-cı il tarixli fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə bu günlərdə Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər müvafiq dövlət qurumların mütəxəssislərinin işçi iclası keçiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O bildirib ki, fərmanda qeyd olunduğu kimi, "ASAN Viza" Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza rəsmilləşdirilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılmasını ehtiva edir: "Ölkə rəhbərliyinin həyata keçirdiyi mütərəqqi idarətetmə islahatlarının tərkib hissəsi olan "ASAN Viza" ölkəmizə turist axınının təşviq edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti