...

"Əvvəl dəniz vardı" antologiyası işıq üzü görüb

Cəmiyyət Materials 6 İyun 2016 12:33 (UTC +04:00)
Tərcümə Mərkəzinin yeni nəşri – “Əvvəl dəniz vardı” antologiyası işıq üzü görüb.
"Əvvəl dəniz vardı" antologiyası işıq üzü görüb

Bakı. Trend:

Tərcümə Mərkəzinin yeni nəşri - "Əvvəl dəniz vardı" antologiyası işıq üzü görüb.

Bu barədə Trend-ə Tərcümə Mərkəzindən məlumat verilib.

Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan "Əvvəl dəniz vardı" antologiyası nəşr olunub. Kitaba Kolumbiyanın müxtəlif dövrlərdə yazıb-yaratmış şairlərinin əsərləri daxil edilib.

Nəşrin orijinallığı onun, XVII əsrin mistik şairi Fransiska Xosefa del Kastilyo i Gevaranın, ispandilli romantik poeziyanın banilərindən olan Rafael Pombonun, modernizm cərəyanının ilk nümayəndələrindən Xose Asunsion Silvanın, XX əsrin nüfuzlu söz ustası Leon Greiffin, habelə Porfirio Barba Yakobun, Meira Delmarın, Covanni Kessepin, Fernando Çari Laranın, Aurelio Arturonun klassik şeirləri ilə yanaşı, Kolumbdan öncəki dövrün poetik nümunələrini də - Karib dənizi hövzəsində, Sierra Nevada de Santa Martada məskunlaşmış yerli hindu qrupu yaradıcılığını da əhatə etməsidir.

Kolumbiya poeziyası antologiyası Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur. Kitaba daxil edilən şeirlər hər iki dildə - Azərbaycan və ispan dilində təqdim edilir.

Orijinaldan sətri tərcümə - Emin Ələsgərova, bədii tərcümə - şair Əlisəmid Kürə məxsusdur.

Xatırladaq ki, bu layihəyə ötən ilin iyun ayında start verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti