...

Ramazan ayı başladı - İlk günün iftar vaxtı və duası

Cəmiyyət Materials 7 İyun 2016 09:28 (UTC +04:00)
Bu gün ayların Sultanı - Ramazan ayının ilk günüdür.
Ramazan ayı başladı - İlk günün iftar vaxtı və duası

Bakı. Trend:

Bu gün ayların Sultanı - Ramazan ayının ilk günüdür.

Trend-in Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:25-ə təyin olunub. Allah bütün oruc tutanların orucunu qəbul etsin!

Bu günün iftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti