...

Milladan Bakı Marşal Klubuna dəstək

Cəmiyyət Materials 7 İyun 2016 13:53 (UTC +04:00)
Azərbaycan Qida və Qablaşdırma Şirkətinin (AQQ) “Milla” brendi Azərbaycanda Formula 1 Avropa Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubuna (BMK) dəstək göstərəcəyini bəyan edib.
Milladan Bakı Marşal Klubuna dəstək

Bakı. Trend:

Azərbaycan Qida və Qablaşdırma Şirkətinin (AQQ) "Milla" brendi Azərbaycanda Formula 1 Avropa Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubuna (BMK) dəstək göstərəcəyini bəyan edib.

Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

BŞH-nın Əməliyyatlar şöbəsinin və BMK-nun rəhbəri Çingiz Mehdiyev, BŞH-nın Kommersiya şöbəsinin başçısı Bülənt Özərdim, "AZ Group" holdinqin prezidentinin məsləhətçisi İman Tabassomi və bu holdinqə məxsus AQQ-nin baş meneceri Filip Raytın iştirakı ilə əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına dair razılığa gəliblər.

Tədbirdə çıxış edən BŞH rəsmisi Ç.Mehdiyev əməkdaşlığa görə "Milla" brendi rəhbərliyinə öz təşəkkürünü bildirib: "Öz məhsulları ilə bu yay Bakıda baş tutacaq möhtəşəm yarışda əhəmiyyətli rol oynayan marşallar komandasına verdiyi dəstəyə görə, Milla şirkətinə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu əməkdaşlıq yarışın yüksək əhval-ruhiyyədə keçməsinə öz töhfəsini verəcək".

"AZ Group" holdinqin prezidentinin məsləhətçisi İ.Tabassomi çıxışında görüş iştirakçılarına holdinq prezidentinin təbriklərini çatdırıb və qeyd edib ki, səbrsizliklə gözlənilən bu yarış ən yüksək səviyyədə keçiriləcək: "Holdinqin prezidenti Manuçehr Əhədpurun adından bildirmək istəyirəm ki, biz sürücülük incəliklərini, hisslərin ustalığını və motorların qüdrətini göstərən bu təkrarolunmaz yarışa dəstək olmaqdan qürur duyuruq. Azərbaycan sürət yarışına böyük önəmlə yanaşır və şübhəsiz Odlar Yurdunda sürət ən yüksək həddə olacaq."

AQQ-nin baş meneceri Filip Rayt öz növbəsində bu əməkdaşlıqdan böyük qürur duyduğunu bildirdi: "Bu il Bakı möhtəşəm yarışa ev sahibliyi edir. Belə bir əlamətdar məqamda məhsullarımızla yarışın marşallarına dəstək göstərmək fürsətinə sahib olduğumuz üçün olduqca şadıq."

Qeyd edək ki, "AZ Group" holdinqə məxsus Azərbaycan Qida və Qablaşdırma Şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin "Milla" brendi istehlakçılara lokal qaydada istehsal edilən yüksək keyfiyyətli süd məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti