...

Metronun "20 yanvar" stansiyasındakı eskalatorlar dəyişdirilir

Cəmiyyət Materials 7 İyun 2016 14:12 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" stansiyasındakı eskalatorlar dəyişdiriləcək.
Metronun "20 yanvar" stansiyasındakı eskalatorlar dəyişdirilir

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" stansiyasındakı eskalatorlar dəyişdiriləcək. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, "20 yanvar" stansiyasında hazırda fəaliyyətdə olan 3 eskalatorların istifadə müddəti bitib. Ona görə də, həmin eskalatorlar yenisi ilə əvəzlənəcək.

N.Paşayev deyib ki, stansiyada eskalatorların dəyişdirilməsinə gələn ay başlanılacaq. Həmin müddətdə metronun "20 yanvar" stansiyasının ikinci vestübülü bağlı olacaq.

Qeyd edək ki, bir müddət əvvəl "Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" və "İnşaatçılar" stansiyalarında istifadəsini başa vuran eskalatorları yenisi ilə əvəzləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti