...

Qazaxda dini mövzuda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 7 İyun 2016 19:52 (UTC +04:00)
İyunun 7-də Qazax rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.
Qazaxda dini mövzuda seminar keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 7-də Qazax rayonunda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

G.Həsənova rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Seminarda komitə vsədrinin birinci müavini S.Salahlı geniş məruzə ilə çıxış edərək bildirib ki, respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunmasında mühüm tədbirlər həyat keçirilib.

Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizin yad ünsürlərdən qorumasının yollarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti