...

Akif Əlizadə: Milli Ensiklopediyanın maddi-texniki bazası gücləndirilib

Cəmiyyət Materials 8 İyun 2016 11:29 (UTC +04:00)
Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası kifayət qədər gücləndirilib, müasir standartlar səviyyəsinə çatdırılıb.
Akif Əlizadə: Milli Ensiklopediyanın maddi-texniki bazası gücləndirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası kifayət qədər gücləndirilib, müasir standartlar səviyyəsinə çatdırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Ensiklopediyasının 50 illiyi münasibətilə keçirilən yubiley tədbirində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, həm sovet, həm də müstəqillik illərində Azərbaycan Milli Ensiklopediyasının inkişaf tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Milli Ensiklopediyanın 50 illik tarixinin böyük bir mərhələsi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Heydər Əliyev Milli Ensiklopediyanı Azərbaycanın milli sərvəti adlandırıb. Ensiklopediyanın xalqımız üçün müstəsna xidməti var".

O qeyd edib ki, Azərbaycan Milli Ensiklopediyası AMEA ilə qarşılıqlı şəkildə işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti