...

Türkiyəli ekspertlər: "Formula-1" turistləri cəlb edəcək, Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək

Cəmiyyət Materials 11 İyun 2016 10:14 (UTC +04:00)
Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi benəlxalq arenada Azərbaycanın populyarlığının və nüfuzunun artmasına xidmət edəcək.
Türkiyəli ekspertlər: "Formula-1" turistləri cəlb edəcək, Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi beynəlxalq arenada Azərbaycanın populyarlığının və nüfuzunun artmasına xidmət edəcək. Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" beynəlxalq araşdırma mərkəzinin prezidenti Yusuf Çinar deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, böyük şirkətlər ilə əməkdaşlıq iqtisadi baxımdan Azərbaycana əlavə təkan verəcək: "Tədbiri dünya telekanalları yayımlayacaq, bu yarışa milyonlarla tamaşaçı baxacaq".

Turqut Özal Universitetinin elmi əməkdaşı Özal Salih isə hesab edir ki, Bakıda "Formula-1"in keçirilməsi Azərbaycanda turizmin inkişafına xidmət edir. Onun fikrincə, "Eurovision", Avropa Oyunları, "Formula-1" kimi tədbirlərin keçirilməsi Azərbaycanı dünya paytaxtına çevirəcək.

Qeyd edək ki, iyunun 17-19-da Bakıda "Formula-1" yarışları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti