...

Qafqaz Universitetində İLO – 2016 İnformatika Layihə Olimpiadası keçirilir (FOTO)

Cəmiyyət Materials 13 İyun 2016 10:36 (UTC +04:00)
Bu il 9-cu dəfə keçirilən Olimpiadada bakı və rayon məktəbləri iştirak edir. Qeyd edək ki, məktəblilər arasında İnformatika Layihə Olimpiadası 2007-ci ildən etibarən keçirilməkdədir.
Qafqaz Universitetində İLO – 2016 İnformatika Layihə Olimpiadası keçirilir (FOTO)

Bakı. Trend:

Bu il 9-cu dəfə keçirilən Olimpiadada bakı və rayon məktəbləri iştirak edir. Qeyd edək ki, məktəblilər arasında İnformatika Layihə Olimpiadası 2007-ci ildən etibarən keçirilməkdədir.

Qafqaz Universitetindən Trend-ə verilən məlumata görə, bu il İnternet vasitəsiilə İLO layihə olimpiadasının 1-ci seçim mərhələsinə 89 layihə daxil olmuş, bunlardan 32 layihə münsiflər heyəti tərəfindən final mərhələsinə vəsiqə qazanmışdır.Bundan başqa ilk dəfə olaraq müsabiqəyə yeni AlqoKod - Alqoritmik kodlaşdırılma kateqoriyasıda əlavə edilmiş və bu kateqoriya üzrə 21 şagird finala vəsiqə qazanmışdır.Olimpiadanın keçirilməsinə RabitəvəYüksəkTexnologiyalarıNazirliyi, Azərbaycan MilliElmlərAkademiyasının İdarəetməSistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu və İstək Liseyləri təşkilati dəstək verməkdədirlər. 2014-cü ildən etibarən Qafqaz Universiteti olimpiadanın keçirilməsinə təşkilatı dəstək vermiş və ev sahibliyi etmişdir. İLO müsabiqəsinə İKT sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər maraq göstərmiş, təşkilat komitəsində iştirak etmək və olimpiadanın genişləndirilməsi ilə bağlı bir çox təkliflər vermişlər.

İLO - 2016 İnformatika Layihə Olimpiadasının açılış mərasimində Qafqaz Universitetinin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru dr. Natiq Paşa qonaqları salamlayıb. Layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, burada sərgilənən layihələr böyük kəşflərə doğru atılan addımlardır. Universitet olaraq biz həmişə təşəbbüskar məktəblilərin və gənclərin layihələrini dəstəkləyirik, onların həyata keçirilməsinə köməklik göstəririk. İLO layihəsidə dəstəklədiyimiz ən uğurlu layihələrdən biridir.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini dr. Rəşid Ələkbərov da çıxışında bildirib ki, informatika bir elm kimi gənc olsada dünyada bütün sahəhələrin inkişafında xüsusi rola malikdir. Burada sərgilənən layihələrin hər biri yeni bir ideyadır. Bu baxımdan layihələrin gələcək startaplar olacağına inanıram. Qeyd edim ki, layihələrin qiymətləndirilməsi bu sahədə yüksək bilik və təcrübəyə malik mütəxəsislər tərəfindən şəffaf aparılır.

BDU-nun dosenti Ramin Mahmudzadə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun nümayəndəsi f.d Samir Rüstəmov, Qafqaz Universitetinin dekanı Xəlil İsmayılov da çıxış edərək layihənin əhəmiyyətindən, olimpiadanın ölkəmizdə bu sahənin inkişafına dəstək olmasından danışıblar.

Bir gün davam edəcək olimpiadanın final mərhələsində yer tutan layihələr qiymətli hədiyyə və sertifikatla təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti