...

Baş məşqçi: Avropa Çempionatında Azərbaycan gimnastlarından əla çıxışlar gözləyirəm (FOTO)

Cəmiyyət Materials 13 İyun 2016 14:43 (UTC +04:00)
Qarşıdakı bədii gimnastika üzrə Avropa Çempionatında idmançılarımızdan əla çıxışlar gözləyirəm.
Baş məşqçi: Avropa Çempionatında Azərbaycan gimnastlarından əla çıxışlar gözləyirəm (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Qarşıdakı bədii gimnastika üzrə Avropa Çempionatında idmançılarımızdan əla çıxışlar gözləyirəm. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

Böyüklərin fərdi yarışlarında Azərbaycanı Avropa Çempionatında Marina Durunda və Jalə Piriyeva təmsil edəcəklər.

M.Vasileva bildirib: "Qeyd etmək istəyirəm ki, bu il Avropa Çempionatının formatı elədir ki, ötən çempionatın yekunlarına əsasən 20 ən yaxşı gimnast iştirak edir. Mən çox şadam ki, Аyşən Bayramova ötən il Azərbaycan üçün daha bir yer qazana bildi. Beləliklə Jalə Piriyeva da çıxış edə biləcək".

Onun sözlərinə görə, Ayşən Bayramova ölkəni təmsil edəcək qrup komandasının artıq üzvüdür və çempionata lentlə hərəkətlərlə başlayacaq: "Bizdə yuniorların fərdi proqramında komanda hesabı var və dörd final oynanılır: ip, halqa, top və gürz. Burada bizi bütün dörd növdə İlahə Məmmədova, ip və halqada Veronika Qudis, topla və gürzlə hərəkətlərdə Zöhrə Ağamirova təmsil edəcəklər. Ehtiyat gimnast Darya Sorokinadır".

Baş məşqçi deyib ki, bugünkü yoxlama məşqlərinin məqsədi o idi ki, gimnastlar Avropa Çempionatının ab-havasını hiss etisnlər: "Mən öz işinə qarşı çox gözəl yanaşdıqlarına görə hamıya çox minnətdaram, zal tamaşaçılarla doludur və düşünürəm ki, gimnastlar üçün lazımi şərait yaratmağı bacara bildik. Məqsəd onların həyəcan və məsuliyyət hiss etmələri üçündür, çünki Avropa Çempionatında ölkənin gerb və bayrağını xüsusilə də gənc yaşda qaldırmaq asan deyil. Avropa Çempionatına gəlincə, mən əla çıxışlar gözləyirəm".

Bakıda Azərbaycan yığması gimnastlarının yoxlama məşqləri və çıxışları baş tutub (FOTO)

Bakıda Azərbaycan yığması gimnastlarının yoxlama məşqləri və çıxışları baş tutub (FOTO)

Baş məşqçi qeyd edib ki, hər bir idmançının tamamilə yeni proqramı var: "Proqramların çox çətin olduğunu deyə bilərəm. Amma biz daim ustalıqda və alətlərlə elementlərin mürəkkəbliyində fərqlənmək üçün çalışırıq".

Hazırlığın növbəti mərhələləri barədə danışan baş məşqçi bildirib ki, bütün komanda sabah səhər saatlarında İsrailə yola düşür: "Bizdə ardıcıl iki gün podium məşqləri olacaq, məşqlərdə yarışın hakimləri də iştirak edəcəklər. Cümə günü çıxışlarımıza başlayacağıq, final bazar gününə planlaşdırılıb. Medallar uğrunda mübarizə aparacağıq. Avropa Çempionatında cəmi doqquz dəst medal oynanılacaq. Bir dəst - dörd hərəkətin yekunları üzrə çoxnövçülükdə böyüklərin fərdi yarışlarında, üç dəst - qrup komandaları arasında və beş dəst - yuniorlar arasında".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti